BİZNES

18 Sentyabr

TikTok-un ABŞ bölməsi Oracle-ın iştirak etdiyi konsorsiuma satıla bilər.

Finss.az xəbər verir ki, “TikTok” sosial media platformasının Amerika bölməsi Oracle Corp da daxil olmaqla investorlar konsorsiumuna satıla bilər.

Nəşr bildirir ki, bölmə Oracle, Silver Lake və Andreessen Horowitz-dən əlavə, TikTok sahibi ByteDance-in (Susquehanna International, KKR və General Atlantic) hazırkı investorlarından ibarət konsorsium tərəfindən idarə olunan ayrı bir şirkətə çevriləcək. Birlikdə onlar yeni müəssisənin 80%-dən bir qədər çoxuna sahib olacaqlar, Çinli səhmdarlar isə 20%-dən bir qədər azını saxlayacaqlar.